Xarici bankların sayı azaldı, kredit qoyuluşu artdı

Xarici bankların sayı azaldı, kredit qoyuluşu artdı

Azərbaycanda fəaliyyət göstərən xarici kommersiya banklarının kredit qoyuluşunda payı yenidən artır. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi kredit qoyuluşunda xarici bankların payı 2020-ci ildə 6,7 faizə düşdükdən sonra davamlı artır. 


Bu nisbət 2021-ci ilin sonunda 7,4 faizə, 2022-ci ilin sonunda 8,3 faizə, 2023-cü ilin fevralın sonunda 8,6 faizə yüksəlib. 


Azərbaycanda 2020-ci ildə 7 xarici bank (nizamnamə kapitalının 50 faizindən 100 faizə qədəri əcnəbilərə məxsus olan) fəaliyyət göstərirdi. 2020-ci ildə həmin banklara fiziki və hüquqi şəxslərin 968 milyon manat kredit borcu olub. 2023-cü ilin fevralın sonunda xarici bankların sayı 5-ə düşüb, amma kredit borcu 1,745 milyard manata çatıb. 


Buradan göründüyü kimi bankların sayı azalsa da, kredit qoyuluşunda ciddi artım baş verib. Təxminən 2 il ərzində xarici bankların kredit qoyuluşu 777 milyon manat artıb.


Vasif


 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...