Dörd ölkənin rəsmiləri Moskvada bir araya gəlir – Məqsəd nədir?

Dörd ölkənin rəsmiləri Moskvada bir araya gəlir – Məqsəd nədir?

Bu gün Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq. Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.

 

Maraqlıdır, danışıqlar masasında hansı mövzular ola bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov 4 ölkənin birləşərək ciddi nəticələr əldə etməsinin mümkünlüyündən danışıb:

 

“Bu ölkələrin Avrasiyada, yaxın Asiyada ortaq maraqları var. Adışkilən dövlətlərin kifayət qədər potensialı da var ki, ağrılı məsələlərlə bağlı ortaq məxrəc tapsınlar. Suriya böhranı öz həllini tapmayıb, gərək bu ölkələr bunun həlli üçün vahid platforma yaratsınlar. Məsələn, Astana prosesində Rusiya, Türkiyə və İran birgə çıxış edirdilər və onların ortaq problemi ondan ibarət idi ki, Suriya böhranının həll edilməsində vahid mövqedən çıxış etsinlər, bir-birlərini tamamlasınlar. Bu platformanın Suriya üçün müəyyən mənada xeyri də oldu. Hər 3 ölkə onu göstərdi ki, birgə çalışmaq, ortaya iş qoymaq mümkündür.

 

İndi dünyanın bu bölgəsində çox turbulent cərəyanlar formalaşır və təhlükə doğuran, təhdidlər yaradan potensiallar artır. Ona görə gərək 4 ölkə birlik olub riskləri neytrallaşdıra bilsin və quruculuq cərəyanlarına dəstək versin”.

 

Ekspert əvvəlcə nazirlər, daha sonra dövlət başçıları səviyyəsində olacaq görüşlərin yeni imkanlar yarada biləcəyindən söz açıb:

 

“Rusiya-Ukraya danışıqlarının baş tutması üçün Çin var, Qərb ölkələri var. Lakin Türkiyə, İran, hətta Suriyanın da imkanları var ki, Rusiyanı danışıqlar prosesinə sövq etsinlər. Xüsusilə Türkiyənin bu məsələdə böyük potensialı mövcuddur. Gündəlikdə məsələlər çoxdur və orada ağır məsələlər yer alıb. Nazirlərin, daha sonra dövlət başçıların bir araya gəlməsi o deməkdir ki, bundan sonra onların həmahəng fəaliyyət göstərməsi mümkün olacaq. Lakin ilk məsələ iqtisadi platformada əməkdaşlıq məsələsi və risklərin aradan qaldırılması üçün addımların müzakirəsi olacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...