"Birbank" sahibləri martda 5,4 milyon manat keşbek əldə ediblər

Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinə bir sıra üstünlüklər verən pulsuz "Birbank Cashback" debet kartını təklif edir. "Birbank"lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv "Birbank Cashback" kartı istifadəçiləri mart ayında bonuslardan ortalama 49 manat pul qazanıblar.

 

Mart ayı ərzində "Birbank"lılar ümumilikdə 5,4 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 270 min manatı "Birbank" vasitəsilə kommunal, mobil və stasionar rabitə, İnternet və TV ödənişlər etdikdə qazanılan 1 % keşbeklərin payına düşür. "Birbank"ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 290 min manatdır. Müştərilər qazandıqları keşbekin 90 %-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, "Birbank Cashback" debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 33 % artaraq, təqribən 2,1 milyon manat təşkil edib.

 

Qeyd edək ki, bütün "Birbank" kartlarının həm taksit, həm də debet növü mövcuddur. "Birbank Cashback" debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 %-dən 30 %-dək, "Birbank"da kommunal, mobil və stasionar rabitə, İnternet və TV ödənişlərində isə 1 % keşbek qazandırır. "Birbank Cashback" debet kartları ilə ay ərzində 5 000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

 

"Birbank Miles" kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin "Birbank Miles" debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. "Birbank Umico" debet kartları ilə isə ay ərzində 4 000 manatadək "Kapital Bank"a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

 

"Birbank" taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. "Birbank" kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

"Birbank" kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın "Facebook" və "Instagram" səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün "Birbank" tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, "WhatsApp" vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya "Birbank" mərkəzlərinə müraciət edin.


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...