ABŞ səfirinin Kılıçdaroğlu ilə görüşməsi Ərdoğanı ÖZÜNDƏN ÇIXARTDI

ABŞ səfirinin Kılıçdaroğlu ilə görüşməsi Ərdoğanı ÖZÜNDƏN ÇIXARTDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin bu ölkədəki səfiri Ceff Fleykin müxalifətin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşməsinə kəskin reaksiya verib. O, xatırladıb ki, səfirin həmsöhbəti prezident olmalıdır. Ərdoğan bundan sonra qapıların səfir üçün bağlı olduğunu söyləyib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Vaşinqton seçkilərin nəticəsində birbaşa maraqlıdır:

 

“Həlledici olmasa da, Qərbin seçkilərin nəticəsinə təsir imkanları kifayət qədərdir. Ümumiyyətlə, Türkiyədəki hazırkı hakimiyyət bəzi məsələlərdə Ağ Evlə razılaşmır. Bu isə ABŞ-ni narahat edir. Odur ki, Vaşinqtona bir sıra hallarda onunla razılaşmayan, öz mövqeyini ortaya qoyan lider yox, idarə oluna biləcək şəxs lazımdır. Görünür, ABŞ belə bir siyasi fiqur kimi Kılıçdaroğlunu görür. ABŞ səfirinin müxalifət lideri ilə hansı məsələləri müzakirə etdiyi məlum deyil. Amma rəsmi Vaşinqtonun Kılıçdaroğluna ilkin şərtlərini təqdim etməsi mümkündür. Ola bilsin, ABŞ tərəfi Kılıçdaroğluna dəstək üçün ondan nələr tələb etdiyini bildirib”.

 

Müsahibimiz qeyd edib ki, amerikalı səfirin xüsusilə seçkilər öncəsi müxalifət lideri ilə görüşməsi rəsmi Vaşinqtonun Ankaraya hörmətsizliyidir:

 

“Bəlkə də Bayden bu addımla Ərdoğana xəbərdarlıq etmək, seçkilərin nəticəsinə təsir edə biləcəyini bildirmək istəyir. Görünür, o, diplomatik müstəvidə gərginliyin yaranmasını gözə alıb. Türkiyə liderinin reaksiyası onu deməyə əsas verir ki, yaxın gələcəkdə ziddiyətin artacağı gözləniləndir. Bu isə öz növbəsində tərəflər arasındakı digər məsələlərə təsir edəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...