Rusiyada güclü zəlzələ - 6,9 bal

Dünya
11:15 / 03.04.2023
7033
Rusiyanın uzaq şərqindəki Avaça körfəzinin sularında 6,9 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, səhər geofizika xidməti Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 48 kilometr məsafədə 5,7 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Daha sonra səhər saatlarında zəlzələnin maqnitudasının 6,9 bala yaxın olduğu deyilib.
Zəlzələnin episentri Avaça körfəzi sularında, 99,5 kilometr dərinlikdə yerləşib.
Şahidlərin bildirdiyinə görə, Petropavlovsk-Kamçatskidə zəlzələ nəticəsində divarlar və pəncərələr titrəyib.
Yerli fövqəladə hallar orqanlarının məlumatına görə, sunami xəbərdarlığı verilməyib.
İnci