Fitrə zəkatının məbləği nə qədərdir? – AÇIQLAMA

Fitrə zəkatının məbləği nə qədərdir? – AÇIQLAMA

“Ramazanda yerinə yetirilməli əməllərdən biri də fitrə zəkatıdır. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 manat arası dəyişə bilər”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

O qeyd edib ki, fitrə zəkatı verilən ərzaqın dəyərindən asılıdır:

“Fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.  Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar.  Müasir dövrün ehtiyaclarını nəzərə alaraq, bir sıra islam alimləri isə ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər”.

 

Millət vəkili deyib ki, fitrə zəkatı verilən insan nəyə ehtiyacının olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər: “İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız və kimsəsiz insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...