Aprel ayında hava belə olacaq - Proqnoz AÇIQLANDI

Aprel ayında hava belə olacaq - Proqnoz AÇIQLANDI

Aprel ayının hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

 

Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Aprel ayının hava proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 23-33 mm).

 

Aprel ayının hava proqnozuna görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

 

Aprel ayının hava proqnozuna görə, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 54-83 mm).

 

Aprel ayının hava proqnozuna görə, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm).

 

Aprel ayının hava proqnozuna görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 29-126 mm).

 

Aprel ayının hava proqnozuna görə, Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 30-49 mm).

 

Aprel ayının hava proqnozuna görə, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, bəzi günlərdə dağlarda 0-2 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).


OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...