Kamil Zeynallı: “Daha insanlara kömək etmirəm“ - VİDEO

Kamil Zeynallı: “Daha insanlara kömək etmirəm“ - VİDEO

“Saflıq insanda hər zaman var. Amma bu həyatda insanı iyrəndirib, çirkinləşdirirlər.

 

Bundan sonra duyğular da ləkələnir. Nə qədər mərhəmətli olmaq olar… Onsuz da bu insanlar düzələn deyillər. Ömür boyu yaxşılıq elə, üç-beş gün etmə, hər şey yaddan çıxacaq və ən pis insan sən olacaqsan”.

 

Sfera.az  xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı qonaq olduğu “Gül kimi” axşam şousunda deyib.  Kamil bildirib ki, bundan sonra o, artıq heç kimə yardım etməyəcək:  ““Instagram” səhifəmdə yazmışam ki, artıq mənə yardımlar üçün yazmayın. İnsanlar var ki, ehtiyacı var, keyfindən yazır. Allah köməkləri olsun. Kirayə pulu, təhsil haqqı, bankın krediti üçün, xəstədir, dərmana ehtiyacı var, yazır ki, dərmanlarımı al və ya bir digəri borca pul istəyir. Ağlınıza nə gəlirsə, hər şey istəyirlər. Amma mən bunu edə bilmirəm.

 

Zamanında pandemiya və İkinci Qarabağ müharibəsi vaxtı həmvətənlərimizin, yaxşı qardaşların dəstəyi ilə yardımlar etmişəm. Artıq mən də öz işimdə, gücümdəyəm. Heç bir yardım etmirəm. Bu gün də yazıb hamıya bildirmişəm ki, məndən yardım istəməyin”.

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...