Tələbələr qəzaya düşdülər

Tələbələr qəzaya düşdülər
 
Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir.

Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb. İkinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşgul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi "VAZ-2106" markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın magistralla hərəkətdə olan "Ford" markalı 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub. 

Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus "Mersedes" markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına çırpılıb. Nəticədə "VAZ-2106" -nın sürücüsü və avtomaşında olan 5 tələbə maxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. 
Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Digər xəsarət alanlar - Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə Travmatologiya şöbəsində qeydiyata alınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...