19 il əvvəl öldürülən qadının qatili tapıldı

19 il əvvəl öldürülən qadının qatili tapıldı

19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli şəxs saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

 

Məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsində digər cinayət işinin istintaqı zamanı istintaqa daxil olmuş məlumat çərçivəsində yeni cinayət faktı aşkarlanıb.

 

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.

 

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Hazırda ibtidai istintaq davam etdirilir.

 

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqədilə qeyd olunan ərazidə yaşayan, həmçinin təxminən 35-40 yaşlarında qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə (instagram, facebook, telegram, twitter), eləcə də, DİN-in 102 zəng mərkəzinə müraciət etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...