Belə “manıs”lara niyə pul xərcləyirlər? - Əbdül müğənni Nəfəsi BİABIR ETDİ    

Belə “manıs”lara niyə pul xərcləyirlər? - Əbdül müğənni Nəfəsi BİABIR ETDİ    

Müğənni Nəfəsin "7 Canlı" verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.

 

Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib. 

 

Sfera.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: "Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da "manıs"lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə "manıs"lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan "manıs" da elə bu cür danışacaq.

 

Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa "manıs"ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir".

 

Bəs, Nəfəsin bu etirafları hansı hüquqi və mənəvi məsuliyyət yaradır?

 

Bu suala isə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirdi: "Bu çıxış yalnız mənəvi məsuliyyət yaradır. Yəni, açıqlama hadisədən bir müddət sonra verilib. Bizim həm İnzibati Xətalar, həm də Cinayət Məcəllələrində şəxsin hansısa etirafı sübut sayılmır. Bunun üçün digər sübutlar tələb olunur. Yalnız bundan sonra etirafçı məsuliyyətə cəlb edilə bilər.

 

Belə vəziyyətdə bu cür fikirlər səsləndirən şəxs ancaq ictimai qınaqla üzləşir. İctimaiyyət qarşısına çıxan adam özünə və sözünə hörmət etməli, fikir verməlidir.

 

Əksinə tanınmış simalar efirdən nümunəvi hərəkətlərindən danışmalı və tamaşaçıları da qanuna hörmət etməyə çağırmalıdırlar. Mənim şəxsi qənaətim budur ki, bu cür danışıq sahiblərini televiziyaya buraxmaq olmaz. İctimaiyyət qarşısına qanuna hörmət edən insanlar çıxarılmalıdır".


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...