Elgiz Əkbərin bu sualı Əməkdar artisti əsəbiləşdirdi - VİDEO

Elgiz Əkbərin bu sualı Əməkdar artisti əsəbiləşdirdi - VİDEO

Əməkdar artist Şəbnəm Tapdıqla aparıcı Elgiz Əkbər arasında mübahisə yaşanıb.

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində "Ərə getmək istəməyən qızlara nə demək istəyirsiniz?" sualını verməsi sənətçini qəzəbləndirib.

 

Ş.Tapdıq əsəbi halda E.Əkbərə belə cavab verib:



"Heç xınanın yeridir, get, onlardan soruş. Ərə getmək istəməyən özü bilər. Bir dairəyə top atmısınız, fırlanıb gəlir mənə. Verilişə gəlməzdən əvvəl prodüserə bildirdim ki, bir dənə artıq-əskik sual verməyin. Elə xanımlar var ki, alanı çoxdur getmək istəmir. Həmin xasiyyətdən biri də mənəm. Üniversitet vaxtları nələr oldu, dedim, yox. Mən bir qadın kimi özüm öz ayaqlarımın üstündə dayanıram". 

 

Proqramın digər aparıcısı Pərvanə Tahirqızının "Bəs, sevgi" sualına Şəbnəmin reaksiyası belə olub:

 

"Hansı sevgidən danışırsan? Bu qədər evlənən var, niyə ayrılırlar? Heç kimin ixtiyarı yoxdur, desin, sən niyə ərə getmirsən? Mənəviyyatı təmiz insanlarla işiniz olmasın. Gedin, bu sözü eləsinə verin ki, sən niyə bu qədər adamla gəzirsən?

 

O gün bir xanımla tanış olmuşam, deyir, qardaşım sənin üçün ölürdü. Cavab verdim ki, gözüm aydın. Sərt xasiyyətli qadınam, evim, maşınım var, Nə edirəm kişini. Əsəblərimlə oynasın?"

 

 

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...