Azı 600 qurban - ABŞ-da güclü tornado baş verdi
Martın 31-də ABŞ-ın Arkanzas ştatında güclü tornado baş verib, azı 600 nəfər xəsarət alıb.
Sfera.az bildirir ki, yerli media nümayəndələri hadisəni fəlakət adlandırıb və təcili yardım maşınlarının qıtlığını elan ediblər. Arkanzas ştatının Litl-Rok kəndində 70 mindən çox insanın işıqsız qaldığı da bildirilir.
“Çoxlu tufanlar olacaq... tornadolar, dağıdıcı küləklər və güclü dolu”– jurnalistlər Şimali İllinoys ştatının meteorologiya professoru və tornado eksperti Viktor Gencinidən sitat gətirirlər.
Hadisə şahidlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində binalar dağılıb, avtomobillər aşıb. Little Rock sakinlərindən biri jurnalistlərə bildirib ki, onun evi ağac tərəfindən əzilməmiş nadir evlərdən biridir.
Xatırladaq ki, martın 28-də Gürcüstanın Batumi şəhərində də bir neçə ildən sonra ilk dəfə qasırğa keçmişdi. Sürəti saniyədə 35 metrə çatan külək evlərin damlarını qoparıb, hasarları dağıdıb, pəncərələrin şüşələrini sındırıb.
Bundan əvvəl, fevralın 15-də ABŞ-da qasırğa köhnə Chevrolet Corvette kolleksiyasını məhv edib. Bütün avtomobillərə ciddi ziyan dəyib, bəziləri isə təmir oluna bilməyib.
Aysel
Sfera.az