Xəzər dənizinə qızılbalıqlar buraxıldı

Xəzər dənizinə qızılbalıqlar buraxıldı

Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasına balıq körpələri buraxılıb.

 

Sfera.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilib: "Tədbirdə Xəzərin şimal hissəsinə qızılbalıq körpələri buraxılıb və növbəti dəfə təbii artımına, bərpasına dəstək göstərilib. Ümumiyyətlə isə balıq ehtiyatlarının artırılması, bərpası məqsədilə son 2 ildə ölkənin su hövzələrinə 3 milyonadək balıq körpəsi buraxılıb və bu proses davam etməkdədir".

 

Xidmət rəsmisinin sözlərinə görə, balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq.

 

"Bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edirik ki, buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərsinlər, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə versinlər, - deyə F.Əliyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...