Bu şəhər Rusiya ordusu üçün məzara çevrilir – SON DURUM

Bu şəhər Rusiya ordusu üçün məzara çevrilir – SON DURUM

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sirski Rusiya ordusunun Baxmut şəhərinə hücum üçün canlı qüvvəsinin tükəndiyini deyib.

 

“Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”, deyə o söyləyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki,  Rusiya yarım ildir Baxmutda mübarizə aparır və bu istiqamət onlar üçün mühümdür:

 

“Rusiya ordusu Baxmutu ələ keçirdikdən sonra digər istiqamətlər üçün də yol açılacaq. Eyni zamanda Rusiya ordusunun komandanlığı başa düşür ki, Baxmutun işğalı Ukraynaya psixoloji təsir ola bilər. Ona görə də Rusiya ordusu hələ də sözügedən şəhərdən çıxmır. Rusiya Silahlı Qüvvələrinin Baxmutda “dalana dirənməsinin” isə 3 əsas səbəbi var. Bunlardan birincisi Ukrayna hərbçilərinin uğurlu mübarizəsidir. İkincisi, Qərbin Ukraynaya davamlı dəstəyi, üçüncüsü isə Rusiya ordusundakı xaosdur. Bəllidir ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatının fikirləri bir çox hallarda üst-üstə düşmür. Bu, özünü cəbhənin bir çox istiqamətlərində, o cümlədən Baxmutda da göstərir”.

 

Müsahibimiz deyib ki, Baxmutda döyüşlər davam etdikcə, Rusiyanın itkiləri daha da artacaq: “Amma Rusiyanın yaxın vaxtda Baxmutdan əl çəkəcəyi gözlənilmir. İndi əsas sual budur: Baxmut Rusiya ordusu üçün məzar olacaqmı?”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...