“Ərzaq əvəzinə silah...” - Rusiya Şimali Koreyaya üz tutdu

“Ərzaq əvəzinə silah...” - Rusiya Şimali Koreyaya üz tutdu

Rusiya Şimali Koreya ilə yeni razılaşmaya hazırlaşır.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki,  sözügedən ölkə silah müqabilində ərzaq təklif etmək üçün Şimali Koreyaya nümayəndə heyəti göndərib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumat verib. O deyib ki, təklif olunan sazişin bir hissəsi olaraq Pxenyandan Rusiyaya 20 növdən çox silah və sursat veriləcək.

 

Nəşr ABŞ-nin əvvəl də Şimali Koreyanı Rusiya ordusuna silah verməkdə ittiham etdiyini xatırladıb.

 

“Keçən noyabr ayında Pxenyan Yaxın Şərq və Afrika ölkələri vasitəsilə Rusiyaya gizli şəkildə xeyli sayda artilleriya mərmisi göndərib. Şimali Koreyanın həmçinin, Rusiyanın “Vaqner” hərbi qrupuna silah tədarük etdiyi bildirilib. Pxenyan isə sözügedən ittihamları rədd edib. Bununla belə, hazırda  bu ölkə dərin iqtisadi böhran və ərzaq qıtlığı ilə üz-üzədir. Ekspertlərin fikrincə, bu vəziyyət ölkəni aclıq həddinə çatdırıb”, deyə “The Telegraph”da qeyd olunub.

 

Yazıda həmçinin, Xarici işlər naziri Ceyms Kleverlinin  “Putinin yardım üçün Şimali Koreyaya üz tutması Rusiyanın çarəsizliyinin və təcridinin əlamətidir”, fikri də xatırladılıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR