Trampın porno ulduzla yaşadığı eşq həbsinə səbəb ola bilər – Əslində nə baş verib?

Trampın porno ulduzla yaşadığı eşq həbsinə səbəb ola bilər – Əslində nə baş verib?

ABŞ-nin keçmiş prezidenti Donald Tramp federal məhkəmələrdə rəsmi ittihamlarla üzləşən ilk prezident olub. Onun 2016-cı il namizədliyi kampaniyası zamanı keçmiş porno ulduz Stormi Danielsə səssiz qalması üçün ödəniş etdiyi iddia olunub. Prosesi “siyasi hücum” kimi xarakterizə edən Tramp qərardan Floridadakı evində, Mar-a-Laqoda olarkən xəbər tutub.

 

Sfera.az bildirir ki, keçmiş prezidentin məhkəmə qarşısına çıxmaq üçün gələn çərşənbə axşamı Nyu-Yorka gedəcəyi gözlənilir.

 

Nə baş verir?

 

Donald Tramp porno ulduzu Stormi Daniels ilə zorla cinsi əlaqədə olmaqda və ona susmaq qarşılığnda 130 min dollar rüşvət verməkdə ittiham olunur. Sözügedən məhkəmədən sonra az sayda tərəfdar Trampın Nyu-Yorkdakı oteli və Floridadakı evinin qarşısına toplaşaraq keçmiş prezidentin lehinə nümayiş keçirib. Donald Tramp martın 18-də etdiyi paylaşımda tərəfdarlarını etiraz etmək üçün küçələrə çıxmağa çağırıb və martın 21-i çərşənbə axşamı həbs olunacağını gözlədiyini deyib. Digər tərəfdən vurğulanır ki, ABŞ-da kiməsə məlumatını gizli saxlamaq üçün pul ödəmək cinayət deyil. Amma Trampın bu ödənişi “qanuni ittihamlar” kimi qeydiyyata alması saxtakarlıq hesab olunur.

 

Bundan əlavə, ödənişin Trampın prezident seçilməsinə az qalmış edilməsi müvafiq seçki qanununun pozulması hesab edilir.

 

Trampın keçmiş porno ulduzu ilə münasibəti...

 

Sabiq prezident 27 yaşlı Stormi Daniels ilə 2006-cı ilin iyulunda Nevadada keçirilən qolf turnirində tanış olub. İddialara görə, Daniels həmin gecəni Trampın otel otağında keçirib. Sabiq Ağ Ev rəhbəri bu iddianı bir neçə dəfə təkzib edib. Tramp 2016-cı il seçkilərində iştirak edəndə isə Daniels hekayəsini mətbuata satmaq istəyib. Məsələdən xəbərdar olan Donald Tramp onu susdurmaq üçün vəkili vasitəsilə keçmiş porno ulduza 130 min dollar ödəyib.

 

ABŞ tarixinin ən mühüm məhkəmə proseslərindən birində Trampdan başqa 3 nəfərin də adı manşetlərdən düşmür.

 

Stormi Daniels - əsl adı Stefani Klifford olan Daniels Trampın komandasının onu fiziki zorakılıq və məhkəmələrlə qorxutmağa çalışdığını irəli sürüb.

 

Trampın keçmiş vəkili Maykl Koen – Sabiq prezidentin adından 130 min dollar ödəniş edən şəxs.

 

Manhetten dairəsinin prokuroru Alvin Bragg - istintaqı başladan və davam etdirən şəxs.

 

Trampın qoluna qandal vurulacaqmı?

 

Məlumata görə, keçmiş prezident olmasına baxmayaraq Tramp çərşənbə axşamı məhkəməyə təslim olanda hər bir Amerika vətəndaşı kimi barmaq izi nümunəsi verəcək və onun fotoları çəkiləcək. Lakin bu prosedurlar zamanı ona qandal vurulub-vurulmayacağı bəlli deyil. Şübhəlinin əlinə qandal vurulması standart təcrübə olsa da, 76 yaşlı Tramp üçün istisna oluna bilər. Həmçinin, sabiq prezidentin məxfi xidmət agentlərindən ibarət mühafizəçiləri bütün proses boyu prezidenti müşayiət etməyə davam edəcəklər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR