Oxuyub yazmağı belə unutmuşdu, bir mahnı yaddaşını geri qaytardı - FOTO

Oxuyub yazmağı belə unutmuşdu, bir mahnı yaddaşını geri qaytardı - FOTO

19 yaşında qəza nəticəsində yaddaşını itirən britaniyalının 30 yaşında dinlədiyi mahnı həyatını tamamilə dəyişib/

 

Sfera.az xəbər verir ki, 20 il ərzində yenidən oxuyub yazmağı öyrənmək məcburiyyətində qalan və uşaqlıq arzusunu reallaşdıran Tomas Lidin hekayəsi həm xarici mətbuatda, həm də sosial mediada böyük marağa səbəb olub.

 

"Xatirələr olmadan oyanmaq, insanlar sizə kim olduğunuzu söyləyənə qədər nə itirdiyinizi dərk etməməkdir" 39 yaşlı Tomas Lids Britaniyanın “The Guardian” qəzetinə deyib.

 

İngiltərənin paytaxtı Londonda yaşayan Lids 19 yaşlı yeniyetmə ikən yol qəzası keçirib və özünü xəstəxanada tapıb. Beli sınan və ciddi beyin əməliyyatı keçirən Lids çox daha vacib problemlə üzləşib. O, tamamilə yaddaşını itirib və özü haqqında heç nə xatırlamayıb. 

 

"Küçədən keçərkən qara taksi vuran yeniyetmə mən deyildim, o getmişdi. Beynimdə suallar yağışı var idi. Hər şey çox yeni idi. Əvvəlcə suallar asan idi, "onlar kimdir?”, “dondurma nədir?”, “bunu necə aça bilərəm?”...


Ancaq suallar getdikcə çətinləşdi. “Mən əslində kiməm?”, “Məktəbdə öyrəndiklərimi xatırlamadığım halda necə işə düzəlim”, “Bundan sonra nə edəcəyəm?".
Ömrünün 19 ilini bir anın içində itirən Lidsin anası, atası, bacı-qardaşları ona yad idilər. Üstəlik, 19 yaşında həyatını yenidən qurmalı, yazıb-oxumağı öyrənməli, işə düzəlməli idi.

 

Xəstəxanadan çıxandan sonra yaxınlarının dəstəyi ilə həyata iki əlli yapışan gənc ilk iş olaraq yazıb-oxumağı öyrənməyə çalışıb. 


Lids “BBC Access All”a açıqlamasında hər gün əlinə bir qəzet götürdüyünü, hərflərin və sözlərin mürəkkəbliyi haqda düşündüyünü deyb. "Oxumaq kabus idi, yazmaq kabus idi. Mən də hazırda kiçik oğlumun etdiyi kimi səsləri bir yerə yığmağa çalışırdım", - deyə Lids bildirib. 

 

Ətrafdakılar onun əvvəllər “kitab qurdu” olduğunu, gələcəkdə yazıçı olmaq istədiyini deyirdilər. Lakin hərfləri belə yan-yana qoymaqda çətinlik çəkən gənc üçün bunlara inanmaq çox çətin idi.


Yenidən həmin adam olmaq istəyən Lids həkimləri ilə danışır. Mütəxəssislər ona xatirələrinin tam itmədiyini, lakin onlara çatmağın çox çətin olduğunu bildiriblər. Bu sözlərdən sonra ümidləri yenilənən Lidsin axtarışları da başlayır.


"Mənə ancaq açarı tapmaq lazım idi" deyən Lids və uşaqlıqda getdiyi deyilən parklara və mağazalara gedir. Daha əvvəl ailəsi ilə birlikdə tətilə getdiyi şəhərləri gəzir, köhnə fotoşəkillərinə saatlarla baxır, ancaq heç nə xatırlaya bilmir. 


Ancaq ümidini itirən və xatirələrinin əbədi getdiyini qəbul edən gənci böyük bir sürpriz gözləyirdi...


30-cu ad günü üçün 1980-ci illər temalı parti planlaşdıran Lids qulaqlıqlarını taxıb hazırladığı pleylistə qulaq asmaq üçün yatağına uzanıb. Ölümcül qəzadan sonra yenidən dinləməyə başladığı bütün mahnıları əzbər bilirdi, lakin daha əvvəl eşitmədiyi bir mahnı onun siyahısında səslənməyə başlayır: “Waterboys”dan “The Whole of the Moon”.

 

"Mahnı səslənməyə başladı və mən huşumu itirdim. Bu, həyatımın ən sürreal anı idi. Özümü qəribə bir mavi zəmində oturub stereoya baxarkən tapdım. Sonra qəflətən başqa yerə köçdüm. Nəhəng yolka ucalırdı, qapının ağzında düz ağacın yanında bir qadın dayanmışdı. "O, gənc idi, gülümsəyirdi və saçları ağ deyildi, o, mənim anam idi. Bu, çox qısa bir an idi, lakin hər şeyi dəyişdirdi. İçimdə bir alov yandırdı. Yenidən oxumağı və yazmağı öyrənmək çətin idi, amma qeyri-mümkün deyildi".

 


Dinlədiyi mahnı sayəsində xatirələrinin açarını tapan Tomas Lids artıq “Jayben və Qızılı Məşəl” adlı ilk kitabını nəşr etdirib.


"O gün uşaqlıq arzum olan kitabı yazmağı siyirmədən çıxardım. Bu gün o çəkməcənin üzərində mənim adım olan bir roman var. Qəzanın məndən nə aldığını dəqiq bilmirəm, amma bilirəm ki, o, məni dayandıra bilmədi”, - deyə Lids vurğulayıb.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...