Keçmiş arvadlarına görə qocalar evinə köçmək istəyir - FOTO

Keçmiş arvadlarına görə qocalar evinə köçmək istəyir - FOTO

Böyük Britaniyanın “ən çox evli kişisi” adlandırılan 74 yaşlı Ron Şeppard bədənini tükətdiyini söyləyərək, qocalar evinə köçməyi düşündüyünü açıqlayıb.
 

Sfera.az bildirir ki, Britaniyalı Ron Şeppard bu illər ərzində çoxsaylı evlilikləri ilə gündəmə gəlib. Onun ən azı səkkiz dəfə evləndiyi bildirilir.
 

İndi Şeppard tanışlıq günlərinin bitdiyinə inanır və ailəsinə daha yaxın ola biləcəyi Uayt adasındakı qocalar evinin rahatlığında həyatından həzz almağı planlaşdırır.


Kişi müxtəlif evliliklərdən səkkiz uşaq atası olub. İlk dəfə 1966-cı ildə 19 yaşında Marqaret adlı qadınla ailə həyatı qurub. Üç övladı olan cütlük cəmi iki ildən sonra boşanıb, bundan sonra Şeppard 1973-cü ildə Jeanette adlı qadınla yenidən evlənib.
Bu ardıcıllığı 1976-cı ildə Lesli, 1982-ci ildə Keti, 1986-cı ildə Sue, 1999-cu ildə Uşa, 2003-cü ildə Vanq və 2004-cü ildə Venq tamamlayıb.


Ron Şeppard birinci həyat yoldaşı Marqaretlə




Kişidə yaşla birlikdə ciddi problemlər, o cümlədən Parkinson xəstəliyi, Lewy bədən demansı və başqaları da yaranıb. Ron əmindir ki, onun xəstəliklərinin səbəbi qadınlardır:
 

"Düşünürəm ki, bəlkə də bütün arvadlarım bu illər ərzində bədənimi yorub. Boşanmadan yaranan mənəvi və fiziki gərginlik də buna çox təsir edib"- deyə
britaniyalı fikirlərini bölüşüb.
 

Kişi evliliklə bitməyən işlərinin olduğunu da etiraf edib. Şeppard qeyd edib ki, səkkiz övladı olduğu üçün çox evliliyindən peşman deyil.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR