NATO işçilərinə TikTok-dan istifadə etməyi qadağan etdi

NATO işçilərinə TikTok-dan istifadə etməyi qadağan etdi

Çin sosial şəbəkəsi dövlət qurumları tərəfindən silinməyə davam edir.


Sfera.az bildirir ki, sosial şəbəkə artıq ABŞ və bəzi Avropa ölkələrində bir sıra dövlət qurumlarında qadağan edilib.


Martın 31-də isə qNATO rəsmiləri öz işçilərinə TikTok sosial media proqramını rəsmi cihazlarda quraşdırmağı qadağan edib. Bu barədə CNN məlumat yayıb.
 

NATO rəsmisinin sözlərinə görə, qadağaya səbəb məlumatların təhlükəsizliyi məsələsi olub.
 

CNN-in məlumatına görə, NATO-nun rəsmiləri cümə günü səhər səlahiyyətli şəxslərin proqramın rəsmi cihazlara quraşdırılmasına qadağa qoyulduğunu elan edən nota göndərdiklərini etiraf edib.
 

Əvvəllər belə qadağa daxili texniki məhdudiyyətlərə görə tətbiq edilirdisə, indi təşkilatın məlumatlarının təhlükəsizliyi söhbət mövzusudur.

"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün tətbiqləri müəyyən etmək üçün ciddi tələbləri var. Buna görə də, hazırda TikTok tətbiqi NATO cihazlarında mövcud deyil"-deyə təşkilatın yüksək vəzifəli rəsmisi bildirib.


KİV-in məlumatına görə NATO Çin hökumətinin ana şirkəti “Bytedance” vasitəsilə TikTok istifadəçi məlumatlarına daxil ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən tətbiqi qadağan edən ən son təşkilatdır.
 

O da bildirilir ki, artıq ABŞ, Böyük Britaniya, Norveç, Avropa Parlamenti və digər ölkələr proqramın hökumət cihazlarında istifadəsini qadağan edib.
 

TikTok CEO Show Chu əvvəllər şirkətin Pekindən tamamilə müstəqil olduğunu bildirsə də Çin hökumətinin bu məlumatlara çıxışı olduğuna dair heç bir sübut görmədiyini deyib. Onun sözlərinə görə, TikTok öz məlumatlarını Amerikanın “Oracle” şirkəti tərəfindən ABŞ-da saxlanmaq üçün ABŞ-a köçürür.
 

TikTok sosial şəbəkəsinin nümayəndələri hələlik bu vəziyyətlə bağlı heç bir rəsmi şərh verməyiblər.


Fevralın sonunda məlum olub ki, Ağ Ev dövlət qurumlarına TikTok sosial şəbəkəsini federal cihaz və sistemlərdən çıxarmaq üçün 30 gün vaxt verib.


Ötən ilin noyabr ayında TikTok Avropa İqtisadi Bölgəsi, İsveçrə və Böyük Britaniya üçün yenilənmiş məxfilik siyasətini dərc etmişdi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...