“Süni intellekt nüvə silahları qədər təhlükəlidir” - XƏBƏRDARLIQ

“Süni intellekt nüvə silahları qədər təhlükəlidir” - XƏBƏRDARLIQ

Süni intellekt tətbiqetmələrinin imkanları internet dünyasını fırtına kimi ilə ələ keçirərkən, mindən çox sahibkar və ekspert nüvə silahlarına bənzər bir profilaktik tənzimləmə edilənə qədər bu sistemlərin inkişafını dayandırmaq barədə çağırış edib.


Sfera.az xəbər verir ki, “Twitter”in sahibi İlon Mask və “Apple”ın həmtəsisçisi Stiv Voznyak da daxil olmaqla, mindən çox sahibkar, ekspert və akademik dünyanı qabaqcıl süni intellekt texnologiyalarına ən azı 6 ay fasilə verməyə çağırıb.

 

Future of Life Institute (Həyatın Gələcəyi İnstitutu) tərəfindən dərc edilən məktubda, bu cür dizaynlar üçün təhlükəsizlik protokolları müstəqil ekspertlər tərəfindən hazırlanana, tətbiq olunana və yoxlanılana qədər qabaqcıl AI (süni intellect) tədqiqatlarının dayandırılması tələb olunub.

 

Açıq məktubda süni intellekt texnologiyalarının “cəmiyyət və bəşəriyyət üçün böyük risklər yarada biləcəyi” vurğulanıb.

 

“Güclü AI sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə oluna biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir” deyilən məktubda “Sivilizasiyamıza nəzarəti itirmək riskini almalıyıqmı?” sualı verilir. Bildirilir ki, şirkətlər könüllü olaraq bu çağırışa qulaq asmasalar, dövlətlər prosesə müdaxilə etməlidir. 

 

Açıq çağırışda vurğulanıb ki, “nüvə silahları ilə bağlı olduğu kimi, süni intellekt texnologiyalarının gətirə biləcəyi mümkün problemləri müəyyən etmək və onlar üçün tədbirlər hazırlamaq üçün də beynəlxalq müzakirə mühiti yaradılmalıdır.

 

Altı aylıq fasilə zamanı süni intellekt idarəetmə sistemlərinin inkişafı və süni intellekt sistemlərinin “dəqiq, etibarlı və sadiq” olmasını təmin etmək üzrə tədqiqatlara diqqət yetirmək tövsiyə olunub. Sistemləri inkişaf etdirənlərə “siyasi qərar qəbul edənlərlə və tənzimləyici orqanlarla işləmək” çağırışı edilib.

 


Mütəxəssislərin bu çağırışı “OpenAI”nin süni intellektə əsaslanan Chat-GPT botunun 4-cü versiyasının işə salınmasından sonra etmələri birmənalı qarşılanmayıb. 
Mahnılar bəstələyə bilən, insan nitqini təqlid edərək söhbət edə bilən, uzun sənədləri ümumiləşdirən və orijinal məzmun hazırlaya bilən “Chat-GPT”nin bacarıqlarını bəziləri qorxulu, digərləri  isə sivilizasiyanın inkişafında yeni bir fürsət kimi qiymətləndirir.

 

Bununla belə, proqramın bir kompüter istifadəçisini görmə qabiliyyəti olmayan insan olduğuna inandıraraq özü üçün vizual təhlükəsizlik yoxlamasından keçə bilməsi, gün keçdikcə kompüter kodu yazmaqda ustalaşdığı üçün kiber hücumlarda istifadə oluna bilmək potensiyalının artması, gələcəkdə nəzarətdən çıxma ehtimalının olması kimi həlli vacib məsələlər var. 

 

Digər tərəfdən, 2015-ci ildə “OpenAI”yə ortaq olan Maskın 2018-ci ildə şirkətdən ayrıldığına peşman olduğu və buna görə də süni intellekt əleyhinə açıqlamalar verdiyi deyilir.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...