Keçmiş cihadçı suşi restoranı işlədir – FOTO

Keçmiş cihadçı suşi restoranı işlədir – FOTO

Dəməşq rejimi Suriyanın böyük hissəsini nəzarət altına aldıqdan sonra “işsiz” qalan silahlı müxaliflərdən biri olan Şahbanov İdlibdə suşi restoranı açıb. 

 

Sfera.az xəbər verir ki, 2015-ci ildə Dağıstandan Suriyaya gələn və “Faylak ul-Şam” qruplaşmasının tərkibində 5 il rejim qüvvələrinə qarşı vuruşan 37 yaşlı İslam Şahbanov artıq suşi restoranı işlədir.

 

Fransanın xəbər agentliyinin (AFP) məlumatına görə, rusiyalı cihadçı Dəməşq rejiminin ölkənin böyük bir hissəsinə nəzarəti ələ keçirməsindən sonra “işsiz” qalan əcnəbi döyüşçülərdən biridir. O, silahlarını vasabi ilə “əvəz etməyə” məcbur olub. 


Daha əvvəl Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı kimi ölkələrdə olan Şahbanov, səfərləri zamanı Yapon mətbəxini daddığını və çox bəyəndiyini, 3 milyon insanın yaşadığı İdlibdə suşi restoranı açmağa qərar verdiyini açıqlayıb.

 

Keçmiş cihadçı, yeni suşici Şahbanov turşu zəncəfil, soya sousu, karides və hətta xərçəng kimi inqrediyentlərinin əksəriyyətini Türkiyədən idxal edir.

 

Restoranda suşi paketləri 60 türk lirəsinə satılır. Bu, İdlibdə məşhur olan böyük dönərdən iki dəfə bahadır. Daha çox müştəri üçün menyuya qızardılmış məhsullar əlavə edəcəyini deyən Şahbanov müharibəyə qayıda biləcəyini də istisna etməyib. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...