"Yaxın günlərdə NATO üzvü olacaq” - Stoltenberq AÇIQLADI

“Finlandiya yaxın günlərdə NATO-nun tamhüquqlu üzvü olacaq”.

 

Sfera.az bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.  

 

O qeyd edib ki, NATO-ya üzvlük Finlandiyanı və alyansı daha güclü edəcək.

 

"Finlandiyanın güclü silahlı qüvvələri, qabaqcıl imkanları və demokratik təsisatları var. Ona görə də, bu ölkə bizim ittifaqımıza böyük töhfə verəcək", - Stoltenberq əlavə edib.

 

Baş katib İsveçin alyansa üzv olması məsələsi ilə bağlı isə bunları qeyd edib:

 

"Mən İsveçin NATO ailəsinə ən qısa zamanda qoşulmasını səbirsizliklə gözləyirəm”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR