“Kral öldü”: Makronun nüfuzu sürətlə düşür

“Kral öldü”: Makronun nüfuzu sürətlə düşür

Fransa prezidenti Emmanuel Makronun populyarlığı “sarı jiletlilər” hərəkatından bəri ən aşağı səviyyəyə düşüb.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki, buna səbəb son pensiya islahatları olub. Məlumata görə, sözügedən hərəkat zamanı, yəni 2018-ci ilin dekabrında Makrona dəstək 27 faizə yaxın idi.

 

“Odoxa”nın sorğusuna görə, indi Fransada insanların yalnız 30 faizi Emmanuelin “yaxşı prezident” olduğunu düşünür. Parlamentin səsverməsi olmadan pensiya yaşını 62-dən 64-ə qaldıran yeni qanun qüvvəyə mindikdən sonra keçirilən sorğuda respondentlərin 70  faizi Makrondan narazı olduğunu bildirib. İctimai məyusluq daha geniş anti-Makron əhval-ruhiyyəsinə çevrilib. Paytaxtda on minlərlə insanın yürüşü zamanı “kral öldü”, “pensiya yaşını yox, maaşları artırın”  yazılı plakatlar qaldırılıb.

 

Mitinqin iştirakçılarından olan 31 yaşlı Fanni Karier “Qanun layihəsi Makronun siyasətinə qəzəb üçün katalizator rolunu oynadı”, deyə söyləyib. Qeyd olunub ki, ötən cümə axşamı Paris küçələrində nümayişçilərlə baş verən döyüşlərdən sonra Fransada rekord sayda (13 min) təhlükəsizlik qüvvələri yerləşdirilib.

 

Digər tərəfdən ötən günlərdə hökumət həmkarlar ittifaqlarının pensiya qanun layihəsini dayandırmaq və yenidən nəzərdən keçirmək üçün yeni tələbini rədd edib. Hər iki prezidentlik kampaniyasında pensiya islahatları aparacağına söz verən Makron ölkənin maliyyəsini balansda saxlamaq üçün dəyişikliyin lazım doluğunu vurğulayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR