Qərbi fikir ayrılığına salan İraq və Ukrayna müharibələri: "Əgər ABŞ bunu etməsəydi..." 

Qərbi fikir ayrılığına salan İraq və Ukrayna müharibələri:

Qərbdə bəzi siyasətçilər, analitiklər Rusiyanın Ukraynanı işğal etməsi ilə NATO qüvvələrinin İraqı işğal etməsi arasında paralellər aparır, onların oxşar olduğunu iddia edir. Amma Qərbdə bunun tam əksini düşünən kifayət qədər siyasi və ictimai xadimlər də var. 


Sfera.az xəbər verir ki, jurnalist, siyasi xadim Tim Stenley də iki münaqişə arasında oxşarlığın olmadığını düşünənlər arasındadır. 


O, son şərhində bunu əsaslandırmağa çalışıb. Stenley deyir ki, İraq müharibəsi Qərbi parçaladığı halda Ukrayna müharibəsi Qərb ölkələri arasında birliyi gücləndirib və hətta digər ölkələr arasında da Qərblə eyni düşüncədə olanların sayı artır. Onun sözlərinə görə Qərbin demək olar ki, bütün ölkələri Rusiya ilə proksi (vasitəli – red.) müharibəyə müxaliflik etmir. 


Tim Stenley düşünür ki, Qərb yeni tapdığı konsensusdan məmnundur, onun demokratiya uğrunda aparılan mübarizədə kənarlaşmadığına əmindir. Lakin o, ABŞ-də Rusiya ilə müharibənin İraq müharibəsi kimi mənasız olduğunu düşünənlərin olduğunu da vurğulayır. 


Tim Stenley bunun təhlükəli olduğunu və Qərbi parçalaya biləcəyini düşünür: “Bu cür düşünənlərin önündə respublikaçı Donal Tramp gedir. 2016-cı ildə Donald Tramp İraq müharibəsinin də əleyhinə olduğunu bəyan etmişdi. Onun fikrincə, İraqa hərbi müdaxilə böyük səhv idi. 


Bu gün respublikaçı prezidentliyə namizədlər ABŞ-nin Ukraynaya yardımını şübhə altına alır. Trampı geridə qoymağa çalışan digər respublikaçı Ron DeSantis deyir ki, Ukrayna və Rusiya arasında ərazi mübahisəsinə qarışmaq həyati vacib milli maraq deyil. Tramp isə DeSantisi geridə qoymağa çalışaraq söyləyir ki, ABŞ heç vaxt Üçüncü Dünya Müharibəsinə yaxın olmayıb və ABŞ-yə gecikmədən sülh lazımdır. Bu, əsassız təklif deyil. Amma bu cür düşünmək Qərbin yanaşmasına ziddir. Ukrayna qalib gələnə qədər ehtiyacı olan hər şeyi almalıdır. Əgər Tramp prezidentliyi qazanarsa və Avropa Rusiyaya qarşı müharibəni dəstəkləyərsə, o halda Atlantik bloku parçalana bilər. 


İndiyə qədər Ukraynaya Böyük Britaniya 4,1 milyard funt-sterlinq dəyərində, ABŞ 38 milyard funt-sterlinq dəyərində hərbi yardım edib. Üstəlik ABŞ daha 25 milyard funt-sterlinq humanitar və maliyyə dəstəyi göstərib. 


Aparılan sorğular göstərir ki, amerikalıların çoxu Ukraynaya kömək etmək istəyir. Bir sorğu göstərdi ki, demokratlardan daha çox respublikaçılar Rusiyanı ABŞ-nin maraqları üçün təhdid hesab edir ki, bu da məntiqlidir. Əgər vətənpərvərin məqsədi Amerikanı yenidən böyük etməkdirsə, o böyüklük dünya təsiri ilə ölçülür və Moskva Ukraynanı əzsəydi, bu azalardı”. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, bəzi yerlərdə qısa mü...

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...