Macarıstan Baş naziri Aİ-yə qarşı çıxdı: "Ukraynaya silahlar verməyin"

Macarıstan Baş naziri Aİ-yə qarşı çıxdı:

Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosuna bildirib ki, növbəti dünya müharibəsi riski olduqca nəzərə çarpır və bu, mübaliğə deyil.

 

Sfera.az xəbər verir ki, o, Avropa İttifaqının Ukraynaya qoşun göndərmək məsələsini müzakirə etməkdə davam etdiyini və bunun Rusiya ilə birbaşa münaqişəyə səbəb ola biləcəyini qeyd edib.

 

Orbanın sözlərinə görə, Qərb Rusiyaya qarşı davam edən hərbi əməliyyatlar üçün getdikcə daha güclü silahlar göndərir, buna görə də III Dünya Müharibəsi ssenarisi artıq ədəbi şişirtmə deyil, bu, əsl təhlükədir.

 

"Avropa liderləri artıq Aİ ölkələrinin bəzi sülhməramlı qüvvələri Ukraynaya göndərə biləcəyini düşünürlər. Bu, başqa bir xətti keçmək olardı", - Orban deyib.

 

İnci


OXŞAR XƏBƏRLƏR