"Toyumuzdan 21 gün keçmişdi, dedi ki..." - Mərhum Tünzalənin həyat yoldaşı

"Sənsiz keçən 57 bomboş gün! Toyumuzdan 21 gün keçmişdi. Dedi ki, sən məndən kiçiksən, amma mənim böyüyümsən. Bəlkə, sənin ağaran saçlarını görmədim. Amma sən mənimkini görəcəksən. Cavab verdim ki, sənin ağaran saçlarına sevə-sevə sığal çəkəcəyəm".

 

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb.

 

"5 ay bundan öncə başını dizlərimə qoymuşdu və başına sığal çəkirdim. Müalicədən saçları tökülmüşdü, amma çox az bir miqdarda çıxmışdı. Birdən mənə dediyi söz yadıma düşdü. Dedim ki, ömrüm, mənim sənə sözüm var idi ki, ağaran saçlarına sığal çəkəcəyəm, yadındadır? O böyük ürəkli xanım uşaq kimi ağladı. 

 

Hər dəfə söz verirəm ki, daha sondur, paylaşım etməyəcəm. Amma bunları yazmasam, vallah dəli olaram. Tək qaldım mən, sənsiz yetim qaldım. Heç yaxşı deyiləm. İnşallah, tezliklə öncə rəbbimə, sonra isə sənə qovuşacağım günü gözləyirəm. O vaxta kimi isə hələ var, bilirəm. Çünki hələ sənin məndə əmanət olan Zəhramı böyütməliyəm" deyə, Röyal yazıb.

 

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...