"Heç bir rus..." - Zelenskidən QƏTİ MÖVQE
Siyasət
11:56 / 31.03.2023
11638
"Ukrayna Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri uzun bir yol keçib. Bununla belə, həm ölkə, həm də onun sakinləri bütün sınaqlara tab gətirə bildilər".
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətində deyilir.
“Ukrayna fevralın ən pis günlərini yaşadı. Bu qışı da keçdik. Biz növbəti addımlarımızı hazırlayırıq. Qarşıdakı qələbəmizə hazırlaşırıq”, - o bildirib.
Zelenski qeyd edib ki, ölkə ərazisində bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq:
“Ukrayna cəbhədə ədalətin bərpası ilə qalib gələcək. Biz öz torpağımızda Rusiyanın heç bir izini qoymayacağıq, heç bir düşmən cəzasız qalmayacaq”.
İnci