"Yerə su tökür..." - Direktor müəllimlərin məktəbə niyə buraxılmadığını İZAH ETDİ

Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun müəllimləri təhsil müəssisəsinə buraxmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

 

Sfera.az xəbər verir ki, məktəbin direktoru Almaz Həsrət “Report”a açıqlamasında bildirib ki, müəllimlərin məktəbə buraxılmaması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

 

Onun sözlərinə görə, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilən keçmiş təsərrüfat müdiri İsmət Yusifova tərəfindən çəkilib: "İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub. Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

 

Xatırladaq ki, bir müddət əvvəl İ.Yusifovanın tam orta təhsili olmadan məktəbdə çalışması ilə bağlı məlumat yayılmış və bu da ciddi müzakirələrə səbəb olmuşdu.


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...