O, Putindən üz çevirir? – Si Cinpin niyə Zelenski ilə görüşməyə məcburdur?

O, Putindən üz çevirir? – Si Cinpin niyə Zelenski ilə görüşməyə məcburdur?

“Çin sədri Si Cinpin Kiyevə getməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu  Zelenskinin Çin liderini ölkəsinə dəvət etməsini şərh edərkən deyib. Ekspert qeyd edib ki, Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır:

 

“Pekin Zelenskini Vaşinqtonun müttəfiqi sayır, təlimatlar əsasında hərəkət etdiyini düşünürlər. Si Cinpin bu səbəbdən Kiyevə gedib Zelenski ilə görüşmək istəmir. Digər tərəfdən, o, Ukrayna lideri ilə görüşmədən iki ölkə arasında vasitəçi ola bilməyəcək. Əslində Pekin vasitəçi olmaq da istəmir, sadəcə Si Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır”.

 

Politoloq xatırladıb ki, Çin sədrinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib:

 

“Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu, işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa, Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...