TuranBank-ın dəstək olduğu “YAŞAT” idman düşərgəsinə start verildi - FOTO

TuranBank-ın dəstək olduğu “YAŞAT” idman düşərgəsinə start verildi - FOTO

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərib.

 

30 mart - 2 aprel tarixlərində Tovuz şəhərində baş tutacaq düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.
Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edir. Məqsəd sözügedən region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.

 

Açılış mərasiminin ardından iştirakçılar üçün stolüstü idman yarışları, “Turan Tovuz” futbol klubu ilə tanışlıq və əyləncə saatı təşkil olundu. Ümumilikdə tədbirin davam edəcəyi 4 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq, həmçinin Bankın dəstəyi ilə iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.

 

Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

 

TuranBank
Bizimlə etibarlıdır...

 






OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...