Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Səudiyyə Ərəbistanı, ABŞ-ın Yaxın Şərqdən uzaqlaşdığı bir vaxtda rəsmi Ər-Riyadın Pekinlə əlaqələrinin genişlənməsi əlaməti olaraq anti-Qərb təsir blokuna qoşulur.

Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın bildirdiyinə görə Səudiyyə Əmirliyinin Nazirlər Kabineti Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyün verilməsini rəsmi olaraq təsdiqləyib.


Qeyd edək ki, anti-qərb təsir bloku Rusiya və Çin tərəfindən yaradılmışdır. 2001-ci ildə Rusiya, Çin və Mərkəzi Asiyadakı keçmiş Sovet dövlətləri tərəfindən yaradılan ŞƏT Avrasiyanın böyük hissəsini əhatə edən ölkələrin siyasi və təhlükəsizlik blokudur və regionda Qərbin təsirinə meydan oxumaq məqsədi daşıyır. Təşkilata yaxım illərdə Hindistan və Pakistan da daxil olmuşdur.
 

İran da keçən il tam üzvlüklə bağlı sənədlər imzalayıb.
 

ŞƏT iqtisadi əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyi müzakirə etmək üçün terrorizm, separatizm və ekstremizm əleyhinə illik zirvə toplantısı keçirir. ŞƏT hərbi ittifaq olmasına baxmayaraq, üzv dövlətlər bu ilin avqustunda Rusiyada “antiterror təlimi” planlaşdırır.
 

İran və Səudiyyə Ərəbistanı arasında barışıq
 

Ər-Riyadın bloka qoşulma qərarı Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq sazişinin imzalanmasından sonra, danışıqlarda vasitəçilik edən Pekin üçün böyük çevriliş kimi qiymətləndirilmişdir.
 

Oman və İraq, şiələrin çoxluq təşkil etdiyi İran və əsasən sünni Səudiyyə Ərəbistanı arasında münasibətləri bərpa etmək üçün əvvəlki səylərə ev sahibliyi etsə də, Ər-Riyad Çin prezidenti Xi Jinpingin keçən il iki regional rəqib arasında körpü rolunu oynama təklifini müqaviləni bağlayan şey kimi qiymətləndirib.
 

Təsadüfi deyil ki, Çinin Körfəz regionu ilə münasibətlərinin genişlənməsi Bayden administrasiyasının Pekinin nüfuzuna meydan oxumaq məqsədilə Yaxın Şərqdən ayrılmağa çalışdığı vaxta təsadüf edir.
 

ABŞ uzun müddət Səudiyyə Ərəbistanı üçün təhlükəsizlik tərəfdaşı kimi xidmət edir və Vaşinqtonun geri çəkilməsi Körfəzdəki müttəfiqlərinin iqtisadiyyatını diversifikasiyaya sövq edib.
 

Çin prezidenti Xi ölkəsinin regionda təsirini daha da artırmaq planının bir hissəsi olaraq, ötən ilin dekabrında krallığa səfəri zamanı Səudiyyə Ərəbistanının ŞƏT-ə qoşulmasının təməlini qoydu.
 

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığında cənab Xi Yaxın Şərqdə sülh və sabitliyin təşviqinə əlavə töhfələr verəcəyini vəd edib.
 

O, dövlət mediasının verdiyi açıqlamada Çinin regional birliyin və əməkdaşlığın möhkəmləndirilməsində böyük rol oynayacağını da bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR