Neymar qumarda 1 milyon avrodan çox pul itirdi, bu hala düşdü – VİDEO

Neymar qumarda 1 milyon avrodan çox pul itirdi, bu hala düşdü – VİDEO

Fransa nəhəngi PSJ-nin 31 yaşlı dünya şöhrətli futbolçusu Neymar qeyri-adi həyat tərzi ilə gündəmdən düşmür.

 

Sfera.az xəbər verir ki, “Twitch”də canlı yayımlarda saatlarla kompüter oyunları oynayan Neymar bu dəfə qumara olan həvəsini nümayiş etdirib.

 

Saatlarla kompüter qarşısında oturan və oyun oynayarkən hamburger yeməyi xoşladığını deyən Neymar bu dəfə daha ciddi itkiləri olan sahəyə üz tutub.


Ağır zədə səbəbindən mövsümü bağlayan PSJ-nin ulduzu Neymar onlayn pokerlə maraqlanmağa başlayıb. Braziliyalı futbolçu onlayn qumar oyununda bir neçə dəqiqə ərzində 1 milyon avrodan çox pul itirib.

 

İtirdiyi puldan sonra özünü ağlayırmış və əsəbiləşirmiş kimi göstərən Neymar daha sonra gülməyə başlayıb. 

 

Futbolçunun 10 günlük maaşını dəqiqələr içində itirməsi birmənalı qarşılanmayıb. Neymarın ilginc davranışları Fransa mətbuatında böyük əks-səda doğurub. Dünya mətbuatı da bu hadisəyə geniş yer verib.

 

Lalə
Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...