Deputatlardan Zelenskinin çıxışına etiraz: zalı tərk etdilər - VİDEO 

Deputatlardan Zelenskinin çıxışına etiraz: zalı tərk etdilər - VİDEO 

Avstriyada ifrat sağçı Azadlıq Partiyasının deputatları Ukrayna prezidenti Vladimir Zelenskinin Milli Assambleyaya müraciətinə etiraz əlaməti olaraq zalı tərk ediblər.

 

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin 400-cü günündə Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, çıxışa deputatların etirazı damğa vurub.

 

Belə ki, Zelenski danışmağa başlayanda ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPO) deputatları ayağa qalxaraq zalı tərk ediblər. Onlar masalarının üzərinə “bitərəflik məkanı” və “sülh məkanı” sözləri yazılmış plakatlar qoyublar. Deputatlar Zelenskinin müraciətinin Avstriyanın neytral mövqeyini sarsıtdığını bildiriblər.


Zelenski isə çıxışında yanvar ayında baş verən helicopter qəzasında bədənlərində yanıqlar olan ukraynalıların Vyana, Linz və Qrazdakı xəstəxanalarda müalicə aldığını xatırladaraq Avstriyaya təşəkkür edib.


“Baş nazir cənab Nehammerin və Avstriya hökumətinin bu cür yardım təklifi mühüm dəstəyin əlaməti idi. Biz Ukraynada hər bir həyatı qiymətləndiririk və insanları xilas etməkdə bizə kömək edənlərə necə minnətdar olacağımızı bilirik”, - Zelenski deyib.

 

Tərəfsizliyin mənəvi deyil, hərbi və geosiyasi baxımdan mümkün ola biləcəyini vurğulayan Zelenski, “Ukraynaya humanitar dəstəyinizə görə təşəkkür edirəm”, - deyə qeyd edib.

 

Xatırladaq ki, FPO Zelenskinin çıxışına etiraz edəcəyini öncədən açıqlayıb. Partiya sədri Herbert Kickl dünən verdiyi açıqlamada deyib: "Təəssüf ki, FPO parlamentdə daimi bitərəfliyimizə ciddi yanaşan və buna görə də sülhü müdafiə edən yeganə partiyadır".

 

Lalə
Sfera.az

 

 
 
 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...