Putin xalqı nüvə müharibəsinə hazırlayır - Nobel sülh mükafatı laureatından XƏBƏRDARLIQ

Putin xalqı nüvə müharibəsinə hazırlayır - Nobel sülh mükafatı laureatından XƏBƏRDARLIQ

Nobel sülh mükafatı laureatı, rusiyalı jurnalist Dmitri Muratov “BBC”yə verdiyi müsahibədə dünyaya Putin və nüvə silahı ilə bağlı xəbərdarlıq edib. 

 

Sfera.az xəbər verir ki, o, Rusiyanın Qərb ölkələrinə qarşı artan nüvə müharibəsi təhlükəsinin ciddi qəbul edilməli olduğunu vurğulayıb.


Rusiya hakimiyyəti tərəfindən qəzeti bağlanan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov susdurulmağa müqavimət göstərdiyini, Rusiyanın Qərblə qarşıdurmada nə qədər irəli gedəcəyi mövzusunda narahat olduğunu bildirib.


“"İki nəsil nüvə müharibəsi təhlükəsi olmadan yaşadı. Lakin o dövr artıq başa çatıb. Putin nüvə düyməsini basacaq, ya yox? Kim bilir? Bunu heç kim bilmir. Dəqiq nə isə deyə biləcək bir nəfər belə yoxdur", - deyə Dmitri qeyd edib. 

 

Jurnalist xatırladıb ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hücuma başladıqdan bəri tez-tez Qərb ölkələrinə nüvə təhdidləri edir. Yüksək rütbəli Rusiya rəsmiləri Ukraynanı silahlandıran Qərb ölkələrinin Rusiyanı çox da sıxışdırmamalı olduğuna dair açıq işarələr veriblər. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını açıqlayıb. Daha sonra Putinin ən yaxın köməkçilərindən biri olan Nikolay Patruşev xəbərdarlıq edib ki, Rusiya “ABŞ da daxil olmaqla, istənilən düşməni məhv etməyə qadir müasir unikal silaha malikdir”.


Bunun ciddi qəbul edilməli bir vəziyyət olduğunu bildirən Dmitri sözlərinə bu cür davam edib:

 

“Rusiya xalqı media vasitəsilə nüvə müharibəsinə hazırlaşdırılır. Dövlət təbliğatı ilə insanlar nüvə müharibəsinin pis bir şey olmadığını düşünməyə sövq edilirlər. Burada televiziya kanallarında nüvə müharibəsi və nüvə silahı heyvan qidası reklamı kimi reklam olunur. "Bizim bir raketimiz, başqa cür raketimiz, daha bir başqa növ raketimiz var" deyə elan edirlər. Nüvə sunamisindən danışırlar. Bunları niyə edirlər? İnsanlar hazır olsunlar deyə”.


O vurğulayıb ki, Rusiya televiziyalarında Rusiya sülh ölkəsi, Ukrayna və Qərb isə işğalçı kimi göstərilir və bir çox rus buna inanır:


"Rusiyada insanlar təbliğatla idarə olunur. Təbliğat bir növ radiasiyadır. Təkcə ruslar yox, hamı buna həssasdır. Rusiyada təbliğat tamamilə dövlətə məxsus olan on iki televiziya kanalı, on minlərlə qəzet və VK (“Facebook”un rus versiyası) vasitəsilə aparılır”.

 

Lakin o bildirib ki, Rusiyada təbliğatla mübarizə aparan insanlar da var:

 

"Bizim gənc nəsil böyükdür. Yaxşı təhsillidir. Bir milyona yaxın rus ölkəni tərk edib. Qalanların çoxu Ukraynadakı müharibənin əleyhinədir. İnanıram ki, bu nəsil və sağlam düşüncəli hər kəs təbliğat bitən kimi səslərini ucaldacaq. Artıq bunu edirlər. Etiraz edən ruslara qarşı 21 min cinayət işi açılıb. Müxaliflər həbsdədir. KİV-lər bağlanıb. Bir çox fəala, mülki şəxsə və jurnalistə xarici agent damğası vurulub.


Rusiya və Ukrayna xalqları arasında bir daha heç vaxt normal münasibətlər olmayacaq. Heç vaxt. Ukrayna bu faciəni qəbul edə bilməyəcək. Mənim yeganə ümidim gənc nəslə, dünyaya düşməndən çox dost kimi baxan, Rusiyanın sevilməsini, Rusiyanın dünyanı sevməsini istəyən insanlaradır. Ümid edirəm ki, bu nəsil məndən və Putindən çox yaşayacaq".

 

Xatırladaq ki, Dmitri Muratov ötən il ukraynalı qaçqın uşaqlar üçün pul toplamaq məqsədilə Nobel sülh mükafatını hərraca çıxarmışdı.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...