Fanatı reperdən 500 min istəyir

Maqazin
19:30 / 30.03.2023
19218
Məşhur rusiyalı reper Quf (Aleksey Dolmatov) məhkəməyə verilib.
Sfera.az xəbər verir ki, buna səbəb reperin Moskvadakı konsertini növbəti dəfə ləğv etməsi olub. "Mash" teleqram kanalının məlumatına görə, Qufun pərəstişkarı reperin çıxışını izləmək üçün iki dəfə İndoneziyadan Rusiyaya və geriyə aviabilet alıb.
Qadın ötən il reperin konsertinə bilet alıb. Göstərilən tarixlərdə o, Moskvaya uçsa da, təşkilatçılar konsertin təxirə salındığını bildiriblər.
Ləğv edilən tədbirin yenidən baş tutacağı üçün Rusiyaya səfər edən şəxs növbəti dəfə də eyni səhnə ilə qarşılaşıb. Bu səbəbdən o, Qufu məhkəməyə verərək ondan 500 min rubl (təxminən 11 min 019 manat) məbləğində təzminat tələb edib.