“Müharibəyə hazırlaşırıq..." – Si Cinpindən dünyaya "zarafat etmirik" mesajı

“Müharibəyə hazırlaşırıq...

Çin lideri Si Cinpin parlamentin iclasında ölkəsinin müharibəyə hazırlaşıdığını bildirib. O, dünyanın bu mesajı ciddi qəbul etməli olduğunu söyləyib. Amma maraqlıdır ki, ölkə lideri müharibənin kimə qarşı olacağı haqda heç nə deməyib.

 

Maraqlıdır, Çinin hədəfindəki ölkə hansıdır? Yeni müharibə ehtimalı nə dərəcədə ciddidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Çinin müharibəyə başlayacağı halda bunun cavabsız qalmayacağını bildirib:

 

“Çin Tayvanı öz tərkibinə qaytarmaq üçün  uzun müddətdir ki, həm informasiya, həm də hərbi hazırlıqlar görür. Rusiya-Ukrayna müharibəsi fonunda Çinin də Tayvanı öz tərkibinə qaytarmaq iştahı qabarıb. Buna imkan vermək istəməyən və bu yöndə Tayvana kömək edən ABŞ Çinin qarşısında ən böyük əngəl olaraq görünür. Paralel olaraq ABŞ Çinin ətrafında alternativ Asiya NATO-su yaratmağa çalışır. Avstraliya, Hindistan, Yaponiya kimi güclü ölkələr də Çinə qarşı birləşiblər. Ona görə də bütün bu hərbi bloklar Çin üçün müəyyən mənada çəkindirici xarakter daşıyır. Ancaq Çinin müharibəyə hazırlaşması ilə bağlı  açıqlaması böyük ehtimalla Tayvanı hərbi əməliyyatlarla yenidən öz tərkibinə qaytarması ilə əlaqəlidir”.

 

Çinin Hindistanla da müəyyən ərazi problemlərinin olduğunu xatırladan ekspert bunları deyib:

 

“Lakin Çinlə Hindistan arasında böyük müharibə ehtimalı üfüqdə belə görünmür. Çin Tayvanda öz suverenliyini bərpa etmək istəyir və indiki münbit şəraiti özü üçün əla fürsət bilir. Çin bunun üçün siyasi-diplomatik yolla ABŞ-lə razılaşmağa çalışır. Ancaq Çinin iqtisadi və hərbi inkişafını önləmək məqsədilə Pekinin bu cəhdlərinə müsbət reaksiya nümayiş etdirmir”.

 

Politoloq Çinin Tayvana qarşı müharibə elanının Rusiya-Ukrayna savaşının taleyindən asılı olacağını bildirib:

 

“Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsində kimin qalib olmasından asılı olaraq hadisələr müəyyən şəkil alacaq. Əgər Qərb Rusiyaya qalib gələcəksə və Rusiyanı Ukraynadan tamamilə sıxışdırıb çıxaraqcaqsa, o zaman Çinin müharibə başlada bilmək ehtimalı azalacaq. Lakin Rusiya qələbə çalarsa, bu, Çinin əl-qolunu aça bilər ki, bu da Asiyada yeni bir yanğın bölgəsinin yaranmasına gətirib çıxaracaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...