“İri enerji şirkətləri gəlirinin bir hissəsini Ukraynaya verməlidir” - Herman Qaluşenko 

“İri enerji şirkətləri gəlirinin bir hissəsini Ukraynaya verməlidir” - Herman Qaluşenko 

“Bizim hesablamalarımıza görə, Ukrayna-Rusiya müharibəsi enerji şirkətlərinin gəlirini 200 milyard dollardan çox artırıb”. 


Sfera.az xəbər verir ki, bu açıqlamanı Ukraynanın energetika naziri Herman Qaluşenko verib. 


Nazir deyib ki, Ukrayna münaqişəsi zamanı qiymət artımı hesabına mənfəətini artırmağa nail olan iri enerji şirkətləri bu mənfəətin bir hissəsini ölkənin enerji infrastrukturunun bərpasına yönəltməlidir. 


Almaniyanın “Politico” nəşri Qaluşenkoya istinadən yazır ki, bir çox enerji şirkəti müharibə səbəbindən böyük gəlir əldə edir:

 

“Bizim hesablamalarımıza görə, bu, 200 milyard dollardan çoxdur, onlar bu pulu müharibəyə görə qazanırlar. Düşünürəm ki, enerji infrastrukturunun bərpasına kömək etmək üçün bu pulu Ukrayna ilə bölüşmək ədalətli olardı”. 


“Politico”nun məlumatına əsasən, “Shell”, BP, “Chevron”,  “ExxonMobil” və “Total” şirkətləri son bir ildə 199,3 milyard dollarlıq rekord gəlir əldə edib. 


Litvanın "Ignitis Group" şirkəti artıq Ukraynanın bərpasına kömək etmək üçün qazancının təxminən 10%-ni göndərməyə hazır olduğunu bəyan edib. O, digər beynəlxalq şirkətləri də nümunə götürməyə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra enerji infrastrukturu da daxil olmaqla ölkənin bərpası üçün 1 trilyon dollardan çox vəsait lazım olacaq. Beynəlxalq Valyuta Fondu hesab edir ki, Ukrayna infrastrukturunun bərpası üçün ayda 5 milyard dollar tələb oluna bilər. 


Vasif


OXŞAR XƏBƏRLƏR