Mərkəzi Bank uçot dərəcəsini artırdı: Manatı nə gözləyir?

Mərkəzi Bank uçot dərəcəsini artırdı: Manatı nə gözləyir?

Ötən gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,75%-ə qaldırılıb.


Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, uçot dərcəsinin qaldırılmasında əsas məqsəd infilyasiyanın cilovlanmasıdır:

 

“Digər bir maraqlı məqam, Mərkəzi Bankın yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. İlk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər. Axı uçot dərəcəsini qaldırılması həm də iqtisadi aktivliyi boğur. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var. Bu da uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. Bu, həm xarici, həm də daxili faktorlara görə vacibdir. May ayının 3-ündə bu məsələ ilə bağlı növbəti qərar veriləcək. 8%-li proqnozu təkrar yadımıza salsaq, mayda uçot dərəcəsində yenə də artımın olma ehtimalından söz aça bilərik”.

 

Ekspert qeyd edib ki, uçot dərəcəsinin artırılması zamanı daha çox manatın taleyilə bağlı məsələ gündəmdə olur:

 

“Hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb, deməli hələlik manatın məzənnəsilə bağlı hər hansı qorxu yoxdur. Cilovun nə qədər vaxt saxlanıla biləcəyi isə bir çox faktordan asılıdır”.


Türkan


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...