Zelenskinin YAY HAZIRLIĞI: Onu da ölkəsinə dəvət etdi

Zelenskinin YAY HAZIRLIĞI: Onu da ölkəsinə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpini ölkəsinə səfərə dəvət edib. Çin Xarici İşlər Nazirliyi təklifi müsbət qiymətləndirib. Qeyd olunub ki, Si Cinpinin Ukraynaya səfəri gözləniləndir.

 

Bəs Zelenski bir müddət əvvəl Rusiyaya səfər etmiş Çin sədri ilə niyə görüşmək istəyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Zelenski Çinlə münasibətləri qorumaq istəyir:

 

“İndiki halda Pekinlə “körpüləri yandırmaq” Kiyevə sərf etmir. Çünki Ukrayna Çinin bütün addımlarından xəbərdar olmaq istəyir. Zelenski çox güman, Si Cinpini Rusiyanın Ukraynada törətdiyi dağıntılarla əyani tanış etmək niyyətindədir. Düzdür, bundan sonra Pekinin Moskvanı dəstəkləməkdən imtina edəcəyi inandırıcı görünmür. Amma Çin liderinin Ukraynadakı dağıntılarla əyani tanışlığından sonra Pekin Kiyevin ehtimal edilən əks-hücum əməliyyatlarına mane olmaya bilər.  Həmçinin, yay aylarına doğru Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacağı gözlənilir. Ola bilsin, həmin vaxtadək Zelenki Çini “oyundankənar vəziyyət”ə salımaq, yəni neytrallaşdırmaq istəyir. Bunun üçün isə yeganə yol danışıqlardır”.

 

Müsahibimiz qeyd edib ki, Si Cinpinin ancaq Ukraynadakı vəziyyətlə tanış olması kifayət deyil:

 

“Eyni zamanda  Rusiyaya dəstəyinin artacağı təqdirdə bunun nə ilə nəticələnə biləcəyinə dair Çinə xəbərdarlıqlar edilməlidir. Bu mənada, ABŞ və müttəfiqləri də Çinlə təmasları intensivləşdirəcək və ultimatum verəcək. Yay aylarında cəbhədə ciddi dönüş nöqtəsinin yaranacağı gözlənilir. Görünür, Ukrayna və Qərb indidən buna hazırlıq görür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...