Müəllimlərin maaş artımı BU TARİXDƏ ödəniləcək - RƏSMİ

Müəllimlərin maaş artımı BU TARİXDƏ ödəniləcək - RƏSMİ

Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əməkhaqlarının 10 faiz artırılması ilə bağlı Sərəncam imzalayıb.

 

Müəllimlər isə həmin sənədə əsasən, fevralın 1-dən tətbiq edilməsi nəzərdə tutulan artımları hələ də ala bilmədiklərini deyirlər. Onlar bildirir ki, maaşları verilsə də, artım əlavə edilməyib. 

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin maaş artımları yaxın günlərdə ödəniləcək: "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, həmçinin dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşlarının artımları yaxın günlərdə ödəniləcək".

 

Rəsmi məlumata görə, sözügedən kateqoriyadan olan şəxslərə fevral-mart maaşları tam olaraq köçürülüb: “Yaxın günlərdə isə iki ay üzrə artımlar tam olaraq ödəniləcək”.


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...