İftarı gecikdirmək olarmı? - AÇIQLAMA

İftarı gecikdirmək olarmı? - AÇIQLAMA

“Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. O qeyd edib ki, İslam dinində üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır. 

 

“Məhəmməd Peyğəmbər bu barədə buyurub: "İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar".  Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, oruc açmağı gecikdirməyək”, - deputat əlavə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR