Aybəniz Haşımova əməliyyat olundu - FOTO

Aybəniz Haşımova əməliyyat olundu - FOTO

 

"İnşallah, bir-iki günə, yəqin ki..."

Primetime.az xəbər verir ki, ötən gün əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub. Respublika Müalicə Diaqnostika Mərkəzində əməliyyat olunan sənətçinin hazırda vəziyyət yaxşıdır. Bu barədə müğənninin özü belə məlumat verib: "Öncə bu çətin imtahanımda sağlığım üçün dua edənlər, hər birinizə ayrı-ayrılıqda, əbədi olaraq sevginizin qarşısında baş əydiyimi bildirmək istəyirəm.

Məni bu gün sizə yenidən bəxş edən uca Allahıma və Mərkəzi Diaqnostikanın baş həkiminə, məni əməliyyat edən yüksək dərəcəli cərraha, bütün cərrahiyə şöbəsinin əməkdaşlarına, artıq neçə gündür sağlamlığıma görə narahat qalan sənət və ailə dostlarıma, zəng edib əhvalımı xəbər alanlara demək istəyirəm ki, Allah sizi mənə çox görməsin. Nə yaxşı ki, həyatımdasınız.

Allah bir də sizi mənimlə belə bir imtahana çəkməsin. Çox şükür, artıq özümü yaxşı hiss edirəm. Hətta axşam tək başına, kömək istəmədən ayağa qalxıb, yerimişəm. İnşallah, bir-iki günə, yəqin ki, bütün ağrılarımı tam unudaram. Sizi çox sevirəm, əziz xalqım. Əməliyyata qaldırılanda son sözüm bu oldu, mən sizi çox sevirəm, əziz xalqım. Bunu bilmənizi istəyirəm".

Qeyd edək ki, müğənninin nədən əməliyyat olunduğu gizli saxlanılır.

 

Aybəniz Haşımova əməliyyat olundu - FOTO

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...