Cennifer Lopez həyat yoldaşı ilə qalada: hamı onlara qibtə ilə baxdı... – FOTOLAR

Maqazin
21:11 / 29.03.2023
19364
Məşhur müğənni və aktrisa Cennifer Lopez həyat yoldaşı, aktyor Ben Afflek ilə Los-Anceles şəhərində baş tutan qala gecəsinə qatılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Afflekin rejissorluğunu etdiyi və baş rolda oynadığı “Air” filminin qalasında cütlüyün isti münasibətləri diqqət çəkib. Bir-birlərinin əlini bir an olsun buraxmayan və gözlərinin içi gülən Ceylo ilə Afflekin eşqi filmi kölgədə qoyub. Ətrafdakıların qibtə dolu baxışlarına əhəmiyyət verməyən cütlük gecə boyunca sevgilərini nümayiş etdirib.
Ceylonun geyimi də gecəyə damğa vurub.
Qeyd edək ki, film məşhur idman markası “Air Jordan”dan bəhs edir. Ekran işində məşhur aktyor Mett Deymon da rol alıb.
Lalə
Sfera.az