Adriana Lima artıq qızlarını gizlətmir – FOTOLAR

25 ildən çoxdur ki, şou aləmində olan məşhur model Adriana Lima artıq qızlarını kameralardan gizlətməmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, 41 yaşlı Adriana ötən həftə sonu sevgilisi Andre Lemmers, onun keçmiş münasibətindən olan uşaqları və özünün Marko Yariçlə evliliyindən olan iki qızı ilə tədbirə qatılıb.
Bu yaxınlarda Andre Lemmersdən dünyaya gətirdiyi oğlunu evdə qoyan keçmiş model 4 uşaqla Los-Ancelesdə “Cirque du Soleil”in şousuna baxmağa gedib.
Şoudan əvvəl Lima və Lemmers uşaqları ilə qırmızı xalçada kameralar qarşısına keçiblər. Həmin anlarda Limanın keçmiş həyat yoldaşından dünyaya gələn qızları Valentina və Sienna daha çox diqqət çəkib. Çünki Adriana Lima qızları Valentina və Siennanı diqqət mərkəzindən kənarda saxlayır. O, bəzən sosial media hesablarında paylaşdığı bəzi fotolar istisna olmaqla, onları yad gözlərdən və kameralardan uzaq tutur. Odur ki, Adriananın bu dəfə qaydaları pozaraq qızları ilə poza verməsi maraqla qarşılanıb.
Limanın 2009-2016-cı illər arasında basketbolçu Yariclə evliliyindən dünyaya gələn 13 yaşlı Valentinanın boyunun anasına çatması da diqqət mərkəzində olub. Görünür, Valentina 1,78 santimetr boyu olan anasını tezliklə keçəcək. Valentinanın atası Marko Yariçin boyu 2 metrdən çoxdur.
Lalə
Sfera.az