Rusiya YouTube-u tamamilə bloklamağa hazırlaşır

Rusiya YouTube-u tamamilə bloklamağa hazırlaşır

Rusiyanın “VK” sosial şəbəkəsi (“VKontakte”) Rusiyada “YouTube” videohostinqinin bağlanması üçün aktiv hazırlıqlara başlayıb.
 

Sfera.az bildirir ki, anonim mənbənin sözlərinə görə, “VKontakte” sosial şəbəkəsi trafikin intensiv artımını gözləyərək qabaqlayıcı tədbirlərə əl atıb.
 

Forbes-in məlumatına görə, Vkontakte video məzmunun yüklənməsini daha səmərəli etmək üçün CDN server şəbəkəsindən istifadəni xeyli genişləndirməyə başlayıb. Bundan əlavə, VK caching xidmətləri üzrə əsas operatorlarla danışıqlar aparmağa çalışır.
 

Qeyd edək ki, CDN - ən populyar məzmunun surətləri olan serverlər şəbəkəsidir. Bununla, məzmun mərkəzi serverdən deyil, ən yaxın mövcud nöqtədən qəbul edilə bilər.


VK öz növbəsində bildirib ki, CDN-nin tətbiqi yalnız şirkətin populyarlığının artması ilə bağlıdır.
 

Bundan əlavə, VKontakte indi öz platforması ilə YouTube-dan populyar rusdilli bloggerləri maraqlandırmağa çalışır.
 

Yeri gəlmişkən, martın 1-dən Rusiyada xarici messencerlərdən istifadə qadağan edilib. Bunlar: Telegram, WhatsApp, Viber, Microsoft Teams, Skype, Discord, Snapchat, Threema və WeChat-dır
 

2022-ci il martın 21-də isə Rusiyada “ekstremist fəaliyyətə görə” Instagram və Facebook sosial şəbəkələri qadağan edilib.
 

Rusiya hakimiyyəti Rutube-ni YouTube-a alternativ hesab edir. 2022-ci ilin mart ayında bütün pasport məlumatları göstərilməklə saytda yalnız "Gosuslugi" vasitəsilə qeydiyyatdan keçməyin mümkün olacağı barədə məlumatlar yayılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...