Mikayıl Cabbarov İsraildə səfirliyimizin açılmasından yazdı

Cəmiyyət
20:10 / 29.03.2023
18782
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək.
Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter hesabında yazıb.
"Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir", - nazir qeyd edib.