Manat bahalaşıb
09:35 / 14.10.2016
1192
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 14-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7609 manatdan 1,7613 manata qalxıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 13-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat olub.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5174 manatdan 0,5171 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9482 manatdan 1,9481 manatadək ucuzlaşıb.