“Sümüyü bişirirlər, əti evlərinə aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

“Sümüyü bişirirlər, əti evlərinə aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

 

Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

 

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:


“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

 

O qeyd edib ki, direktor ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb. 

(oxu.az)


OXŞAR XƏBƏRLƏR