Brent markalı neftin qiyməti 52 dolları ötdü

Brent markalı neftin qiyməti 52 dolları ötdü

 

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,15% bahalaşaraq 52,11 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59% artaraq 50,74 dollar təşkil edib.

Qeyd edək ki, bununla belə, dünən Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 51,45 və 49,80 dollar təşkil edib. 


OXŞAR XƏBƏRLƏR